Şagirdlərlə "Yaddaş "oyunu keçirildi.

Birincilərin sosiallaşmaları və psixoloji cəhətdən özlərini rahat hiss etmələri üçün psixoloji dəstək tədbirləri vacib hesab olunur. Bu məqsədlə məktəb psixoloqları Məhərrəmova Əfsanə və Kamalova Kəmalə tərəfindən birinci sinif şagirdləri ilə yaddaş oyunu təşkil olunmuşdur.

Tədbirin əsas məqsədi şagirdlərin yaddaş və diqqət bacarıqlarını stimullaşdırmaq, həmçinin sosial ünsiyyət vərdişlərini inkişaf etdirmək olmuşdur. Oyun prosesində uşaqlar əylənərək öyrənmiş, həm fərdi, həm də qrup şəklində tapşırıqları yerinə yetirmişlər. Bu isə onların həm idrak, həm də emosional inkişafına müsbət təsir göstərmişdir.

Tədbir zamanı müşahidə olunan aktiv iştirak, uşaqların maraqlı və motivasiyalı olduqlarını göstərmişdir. Belə oyunların uşaqların məktəbə adaptasiyasına dəstək məqsədilə davamlı şəkildə təşkili tövsiyə olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi