HAQQIMIZDA

Qaradağ rayonu 320 nömrəli tam orta məktəb Müşfiqabad qəsəbəsində Təhsil Nazirliyi tərəfindən Respublika Prezidentinin sərəncamına əsasən tikilib və 15 sentyabr 2007-ci ildə istifadəyə verilib. Məktəbin binası birtipli və 3 mərtəbəlidir.Məktəbdə 48 sinif otağı var.Məktəb 844 nəfər şagird yerlikdir.Hal hazırda məktəbdə 69  sinifdə 1662  şagird təhsil alır. 6 Məktəbəhazırlıq qrupumuz məktəbimizdə təhsil alır . Şagirdlərin təlim tərbiyəsi ilə 97 nəfər pedaqoji heyət məşğul olur.. Məktəb istifadəyə verildiyi gündən başlayaraq bir çox maraqlı, yadda qalan tədbirlər keçirilmişdir. Əlamətdar günlərdə bütün siniflərin divar qəzetləri buraxılır və məktəbdə  Respublika səviyyəli bütün tədbirlərə aid şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilir. Təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəbdə mütəmadi olaraq açıq dərslər, dəyirmi masalar və görüşlər keçirilir.  Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagirdlərin məsuliyyətinin artırılması istiqamətində müntəzəm işlər aparılmış və bu işlər indi də davam etdirilir. Məktəbdə müntəzəm olaraq paralel siniflər arasında bütün fənlərdən bilik yarışması keçirilir və qaliblər mükafatlandırılır. Məktəbdə 2023-2024-cü tədris ilindən etibarən yeni layihələr tətbiq edilməyə başlamışdır.Məktəbdə "rəqəmsal bacarıqlar","STEAM" dərsləri tədris olunur. Məktəbdə şagirdlərin İKT – dən yüksək səviyyədə faydalanması üçün 6 kompüter sinfi  var.Məktəb şagird və kadrların mütaliəsi üçün zəngin kitabxana, tədbirlərin və iclasların təşkili üçün geniş akt zalı , yeməkxana və idman zalı ilə təchiz olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi