Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib.

 Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. 

 Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir. 

 Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Mərkəz olaraq 90 şagird komputer əsaslı monitorinqə cəlb edilmişdir. Ümumilikdə 570 şagirdin iştirakı nəzərdə tutulmuşdur, 562 şagird  monitorinqdə iştirak etmişdir.
Monitorinqə 274 nömrəli tam orta məktəbin direktoru Nariman Mursaliyev rəhbərlik edirdi. 

#ETN #MÜTDA #ARTİ #ÜmumiTəhsil #Monitorinq #IVSinifMonitorinq #VISinifMonitorinq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi