Süleymanova Xavər Salman qızı 1975 - ci ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olmuşdur 1994-cü ildə Yeni Daşkənd orta məktəbini bitirərək Gəncə Dövlət Pedoqoji Universitetinə daxil olmuşdur. 1997-ci ildə həmin universiteti bitirdikdən sonra Yeni Daşkənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 2009-cu ildən isə Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışır.
.Məmmədzadə Vüsalə Rasim qızı 1982-ci ildə Füzuli rayonunda anadan olub. 1989-cu ilə Füzuli rayonu Horadiz qəsəbəsi 1 nömrəli tam orta məktəbə 1-ci sinfə qəbul olub. 1993-cu ildə Bakı şəhəri Sabunçu rayonu 22 nömrəli tam orta məktəbdə davam etdirib. 1999-cu ildə tam orta təhsilini başa vurub və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub. Ali təhsilini bitirdikdən sonra 2007-ci ildə 313 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində işə başlamışdır.
Orucova Leyla Arif qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Qazax rayonu II Şıxlı kəndində I sinfə daxil olmuşdur.1998-ci ildən Bakı şəhəri Xəzər rayonu 168 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2000-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 2004-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Sabunçu rayonu Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 2017-ci ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində fəaliyyətini davam etdirir.
Qarazadə Zeynəb Burxan qızı 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhəri Nizami rayonu 70 nömrəli məktəb liseyi bitirib, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş və oranı 2015-ci ildə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Beynəlxalq Biznes ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2017-ci ildə bitirmişdir. 2018-ci ildən müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində fəaliyyətə başlamışdır.
Rzayeva İlkanə Nadir qızı 1987-ci ildə Ağdam şəhərində anadan olmuşdur.1992-ci ildə Bakı şəhəri Binəqədi rayonu 102 nömrəli olimpiada məktəbinin 1-ci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin məzunu olmuşdur. 2003-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və Ədəbiyyat ixtisasında təhsil alıb. 2005-ci ildə Bakı şəhəri Binəqədi rayonu 301 nömrəli tam orta məktəbdə Uşaq birliyi təşkilat rəhbəri, 2006-cı ildə isə müəllim kimi fəaliyyət göstərmişdir. 2022-ci ildən müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışır.
Nəsibova Aytən Zaman qızı 1991-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. 1997-ci ildə Ağdaş rayon Qoşaqovaq kənd tam orta məktəbində 1-ci sinfə qəbul olunmuşdur. 2008-ci ildə tam orta təhsili başa vurduqdan sonra Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə qəbul olub. 2013-cü ildə Bakı Avrasiya Universitetinin magistraturasına qəbul olub. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhəri 137 nömrəli tam orta məktəbdə müddətli əsaslarla işləmişdir. 2019-cü ildə Abşeron rayon Qobustan kənd tam orta məktəbində müddətsiz müqavilə ilə işə qəbul olunmuşdur. 2023-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhəri 313 nömrəli tam orta məktəbə qəbul olunmuşdur.
Bayramova Günel Nəriman qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Tərlan Heybətov adına 126 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2001-ci ildə həmin məktəbi bitirmişdir. 2001-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və Ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Azərbaycan Dillər Universitetində magistratura pilləsi üzrə təhsilini davam etdirmişdir. 2007-ci ildə magistratura pilləsi üzrə təhsilini bitirmişdir. 2007-ci ildə Baku Oxford School məktəbində İngilis dili müəllimi kimi işə başlamışdı. 2008-ci ildə isə 313 nömrəli tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsində işini davam etdirmişdir. 2015-ci ildə beynəlxalq dərəcəli TKT sertifikatını almışdır.
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi