Ağayeva Sevta Əli qızı 1961–ci ildə Yerevan şəhərində anadan olub. 1967–ci ildə Yerevan şəhəri M.F.Axundov adına 9 nömrəli məktəbin birinci sinfinə qəbul olub. 1978–ci ildə həmin məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub. 1986–cı ildə həmin universeteti bitirib. 1991-ci ildən 2009–cu ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyib. 2009 –cu ildən 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində pedaqoji fəaliyyətini uğurla davam etdirir. Uğurları : 1. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi "Fəxri fərman" 06 Mart 2009 2. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi "Fəxri fərman" 04 sentyabr 2011 3. "Testlər və mətnlər", "101 test və 11 mətn" I sinif şsgirdlıri üçün ana dilindən əlavə tədris vəsaiti. 4. Dərs dediyi şagirdlərdın Əkbərova Həmidə Novruz qızı Təhsil mərkəzi tərəfindən keçirilən müsabiqənin iştirakçısı olmuş, 2008-ci ildə "İlin intellektual Şagirdi" fəxri diplomuna layiq görülmüşdür.
Ağayeva Dilarə Bəndalı qızı 1967-ildə İmişli rayonu Məzrəli kəndində anadan olmuşdur. 1975-ci ildə Məzrəli kənd orta məktəbin 1-ci sinifinə qəbul olub, 1985 - ci ildə orta təhsili başa vurub. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub və 1994-cü ildə həmin Universitetin İbtidai təlim pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmişdir. 18 il İmişli rayon 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 2008-ci ildən Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Nəsirova Gülçin Osman qızı 1978-ci ildə Xaçmaz rayonunda anadan olub.1985-ci ildə Xaçmaz rayonu 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1995-ci ildə tam orta məktəbi bitirib. 1995-ci ildə Mirzə Ələkbər Sabir adına kollecin İbtidai sinif müəllimliyi fakültəsinə daxil olub, 1999-cu ildə kolleci bitirmişdir. 2000-ci ildə Xaçmaz şəhəri 3 nömrəli tam orta məktəbdə Uşaq birliyi təşkilat rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2007-ci ildən Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Cəfərova Bənzər Cəfər qızı 1967-ci ildə Şabran rayonunun Pirəmsən kəndində anadan olub. 1974-cü ildə Pirəmsən kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 1984-cü ildə həmin məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 1989-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə Eynibulaq kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində pedaqoji fəaliyyətə başlayıb. 1990-cı ildən 2007-ci ilə qədər Pirəmsən kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyib. 2007-ci ildən Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Ağayeva Günel Bayram qızı 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2003-cü ildə orta məktəbi bitirib. Həmin ildə Bakı Slavyan Universitetinin ibtidai təhsilin metodikası və pedaqogikası fakültəsinə qəbul olub. 2007-ci ildə universiteti bitirib. 2007-ci ildə Binəqədi rayonu 297 nömrəli tam orta məktəbdə katibə vəzifəsində çalışıb. 2008-ci ildən Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Hal-hazırda həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində fəaliyyətini davam etdirir.
Yusubova Səadət Vahid qızı 1984 – cü ildə Dərələyəz mahalında anadan olub. 1991 – 2001 - ci illərdə Bakı şəhəri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbi bitirib. 2001 –2005 - ci illərdə Təfəkkür Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsini bitirib. 2007-ci ildən 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Cabbarova Rəbiə Vidadi qızı 1982-ci ildə Bərdə rayonunda anadan olub. 1988-ci ildə Y.Kərimov adına Bərdə rayon Yeni Daşkənd kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1998-ci ildə həmin məktəbi bitirib. 1999-cu ildə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogika və metodikası fakültəsinə qəbul olub, 2003-cü ildə bitirib. 2003-cü ildən 2005-ci ilə qədər Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində çalışıb. 2007-ci ildən isə Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi