Hüseynova Ülviyyə Hakim qızı 1986 -cı ildə Tərtər rayonunda anadan olub. 1992-ci ildə Tərtər rayonu Sarov kəndində R.Kərimov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olub. 2003-cü ildə tam orta təhsili başa vurduqdan sonra Azərbaycan Dövlət Pedoqoji Universitetin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2007-ci ildə Universiteti bitirib. 2008-ci ildə Bakı şəhəri 313 nömrəli tam orta məktəbə işə qəbul olub.
Əzizova Nuranə Hüseynalı qızı 1976-cı ildə Beyləqan rayonunda anadan olub. 1980-ci ildə 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olub,1997-ci ildə bitirib. Həmin ildən Beyləqan rayonu N.Allahverdiyev adlna 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyib. 2008-ci ildə Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb.
Həsənova Könül Raqit qızı 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Binəqədi rayonu Ə. Ələsgərov adına 244 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2003-cü ildə həmin məktəbi bitirib. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogika və metodikası fakültəsinə qəbul olub, 2008-ci ildə bitirib. Həmin ildə eyni universitetin eyni adlı fakültəsinin magistr pilləsinə qəbul olub. 2009-cu ildən müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq, Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Hüseynova Günay Natiq qızı 1990-cı ildə Gədəbəy rayonunun Şınıx kəndində anadan olub. 1997-ci ildə Pünhan Əliyev adına Şınıx kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogika və metodikası fakültəsinə qəbul olub, 2012-ci ildə bitirib. 2012-ci ildən müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Paşayeva Gülgün İlham qızı 1989-cu ildə Füzuli rayonunda anadan olub. 1996-cı ildə Bakı şəhəri 252 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2007-ci ildə tam orta təhsilini başa vurduqdan sonra Azərbaycan Müəllimlər İnstitunun İbtidai təhsilin pedaqogika və metodikası ixtisasına qəbul olub. 2011-ci ildə bakalavr təhsilini başa vurmuş və eyni ildə də Azərbaycan Müəllimlər İnstitunun İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayıb Füzuli rayonu 50 nömrəli tam orta məktəbində İbtidai sinif müəllimi vəzifəsində işə başlamışdır. 2015-ci ildən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi vəzifəsində işləyir.
Məmmədova Mehriban Elxan qızı 1988-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Binəqədi qəsəbəsi 182 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbi bitirib. 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin metodikasi və pedaqogikası fakültəsinə qəbul olub. 2011-ci ildə ali təhsilini bitirib. Elə həmin ildə Azərbaycan Müəllimlər İnstitutunda İbtidai təhsilin metodikasi və padaqogikasi fakültəsinə magistr pilləsinə qəbul olub, 2014-cü ildə təhsilini bitirib. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq 313 nömtəli tam orta məktəbdə İbtidai sinif müəllimi vəzifəsində pedaqoji fəaliyyətə başlayıb.
İslamova Nüşabə Fərman qızı 1988-ci ildə Qəbələ şəhərində anadan olub. 1995-ci ildə Qəbələ şəhəri 5 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2006-cı ildə tam orta təhsili başa vurduqdan sonra Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına, İbtidai təhsilin metodikası və pedaqogikası ixtisasına qəbul olub. 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayaraq Qəbələ rayonu Laza kənd orta məktəbinə ibtidai sinif müəllimi kimi işə başlamışdır. 2012-ci ildə yenidən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayıb uğur qazanaraq Bakı şəhəri 313 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə qəbul olmuşdur.
Allahverdiyeva Yeganə Cəbrayıl qızı 1981–ci ldə Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.1987-ci ildə Xanlıq kənd orta məktəbinin 1-ci sinfinə qəbul olub.1994-cü ildən isə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 1999 -cu ildə tam orta təhsilini başa vurduqdan sonra Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas Təhsili Kollecinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhəri Xəzər rayonu 124 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdı. 2017-ci ildə isə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Bakı şəhəri 313 nömrəli tam orta məktəbə qəbul olmuşdur. Hal-hazırda bu məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Məmmədova Rəvanə Fikrət qızı 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-2003-cü illərdə Xətai rayonu 64 nömrəli tam orta məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqoqikası və metodikası fakültəsinə qəbul olub. 2008-ci ildə universiteti bitirib, Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq işə başlamışdır.
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi