Misirli Şəhanə Rövşən qızı 1995-ci ildə İmişli rayonunda anadan olub. 2000-ci ildə Füzuli rayonu 36 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji kollecinin İbtidai təhsilin pedaqogika və metodikası fakültəsinə qəbul olub, 2015-ci ildə bitirib. Həmin ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq, Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimliyi vəzifəsində pedaqoji fəaliyyətinə başlayıb.
Dosiyeva Samirə Azad qızı 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Yasamal rayonu 52 nömrəli tam orta məktəbdə 1-ci sinifə qəbul olub. 1998-ci ildən Respublika İncəsənət Gimnaziyasına daxil olmuş, 2005-ci ildə həmin gimnaziyanı bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin tədrisi və metodikası fakültəsinə daxil olub. 2009-cu ildə İnstitutu bitirib, müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində pedaqoji fəaliyyətə başlayıb.
Ayvazova Samirə Elman qızı 1987-ci ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. 1994-cü ildə Nərimanov rayonu 47 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2005-ci ildə tam orta təhsili başa vurduqdan sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsinə daxil olub. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayaraq Xəzər rayonu Binə qəsəbəsi 149 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq işə başlayıb. 2015-ci ildən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Hüseynova Sevinc İlqar qızı 1992 - ci ildə Bakı şəhərində anadan olub. 1999 -2009 - cu illərdə orta məktəbi başa vurub Bakı Slavyan Universitetinə qəbul olmuşdur. 2016 - cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayaraq 313 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətinə başlamişdır. Hal - hazırda məktəbin ibtidai sinif müəllimi olaraq çalışır.
Qasımzadə Röya Qabil qızı 1996-cı ildə Kürdəmir rayonunda anadan olub. 2002-ci ildə Kürdəmir rayon M.Abdullayev adına məktəbin 1-ci sinfinə daxil olub. 2007-ci ildə Nəsimi rayon 111 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ibtidai sinif müəllimi fakultəsinə qəbul olub. 2016-cı ildə həmin kolleci bitirib. 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayıb uğur qazanaraq Xocavənd rayon 3 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyib. 2019-cu ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Aslanlı Fərimə Yaşar qızı 1987-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1993-cü ildə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2004-cü ildə həmin məktəbi bitirib. 2011-ci ildə M.Ə.Sabir adına kollecə daxil olub, 2014 -cü ildə bitirib. 2017-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Ramana qəsəbəsi 296 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edərək Bakı şəhəri 313 nömrəli tam orta məktəbə qəbul olmuşdur.
İbrahimova Günay Musa qızı 1992-2003-cü illərdə Yasamal rayonu 13 nömrəli tam orta məktəbi bitirmişdir. 2003-cü ildə M.Ə.Sabir adına kollecin ailə, ev və ibtidai metodika fakültəsinə daxil olmuşdur. 2007-ci ildə kolleci bitirib, Yasamal rayonu 167 nömrəli tam orta məktəbdə katibə kimi fəaliyyət göstərmişdir. 2007-ci ildən 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Nəzərova Raziyə Şahin qızı 1992-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini 1998-2009-cu illərdə Bakı şəhərində 217 nömrəli tam orta məktəbdə və 3 nömrəli tam orta məktəbdə almışdır. 2009-cu ildə Azerbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin metodikası və pedaqogikasi fakültəsinə daxil olub, 2013-cü ildə universiteti bitirmişdir. Həmin ildən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayaraq 326 nömrəli tam orta məktəbdə işləmiş, sonra müəllimlərin müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə 313 nömrəli tam orta məktəbdə fəaliyyət göstərməyə başlamışdır.
Tukanova Günay Asəf qızı 1994 - cü ildə Bərdə rayonunda anadan olub. 2001-2011 -ci illərdə orta məktəbi başa vurub Azərbaycan Müəllimlər İnstituna qəbul olub. 2015 - ci ildə həmin İnstitutu bitirib. 2017 – ci ildə 326 nömrəli tam orta məktəbdə ilk pedaqoji fəaliyətinə başlayıb. 2021 - ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayaraq 313 nömrəli tam orta məktəbdə pedaqojı fəaliyyətini davam etdirib. Hal-hazırda həmin məktəbdə ibtidai sinif müəllimi kimi çalışır.
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi