Zamanova Bahar Abas qızı 1992-ci ildə Abşeron rayonu Güzdək qəsəbəsində anadan olub. 1998-2008-ci illərdə Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbini bitirib. 2008-ci ildə Bakı Humanitar Kollecinə daxil olub, 2012-ci ildə həmin kolleci bitirib. 2013-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsi yolu ilə Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Əlizadə Solmaz Səyyad qızı 1994-cü ildə Naxçıvan MR Ordubad şəhərində anadan olub. 2000-ci ildə Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin 1-ci sinfinə daxil olub. 2006-cı ildə Ordubad Qiz Liseyinin 7-ci sinfinə qəbul olaraq təhsilini davam etdirib. 2011-ci ildə həmin liseyi bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinfin metodikasi və pedaqogikasi fakültəsinə qəbul olub. 2015-ci ildə həmin universiteti bitirib. 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayaraq Binəqədi rayon 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. 2017-ci ildə yenidən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayıb uğur qazanaraq Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. 2018-ci ildən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində fəaliyyətini davam etdirir .
Fərzəliyeva Mehriban Məcid qızı 1993-cü ildə Bakı şəhərində anadan olub.1999-cu ildə Bakı şəhəri Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə Bakı Sənaye Pedaqoji Kollecinə daxil olub. 2013-cü ildə kolleci bitirib, müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq 198 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi olaraq iş fəaliyyətinə başlayıb. 2021-ci ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
İsmayılova Arzu Rəfail qızı 1991-ci ildə Kürdəmir rayonu Şahsevən kəndində anadan olub. 1998–2007-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 217 nömrəli tam orta məktəbi bitirib. 2007-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecin İbtidai sinif müəllimi ixtisasını bitirib. 2012-2016–cı illərdə Bakı Dövlət Universitetinin Mexanika - Riyaziyyat fakültəsini bitirib, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayıb uğur qazanaraq 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Qasımlı Hüseynli Aydan 1998-ci ildə Yardımlı rayonunda anadan olub. 2004-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2013-cü ildə tam orta təhsili başa vurduqdan sonra Azərbaycan Dövlət Pedoqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə, ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhəri 313 nömrəli tam orta məktəbə qəbul olmuşdur.
Turabova İlahə Savalan qızı 1984-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1990-cı ildə birinci sinifə qəbul olub. 2001-ci ildə Səbail rayon 49 nömrəli tam orta məktəbi bitirib, Bakı Ali Pedaqoji Qızlar Universitetinin ibtidai təhsilin pedaqogika və metodikası ixtisasına qəbul olunmuşdur. 2007-ci ildən etibarən Bakı şəhəri Nizami rayonu 312 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır. 2023-cü ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yolu ilə Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
Vəliyeva Təranə İbrahim qızı 1981-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1998-ci ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul olub. 2003-cü ildə həmin universiteti bitirib. 2005-ci ildə Bakı şəhəri Nəsimi rayonu 211 nömrəli tam orta məktəbdə əmək fəaliyyətinə başlayıb. 2014-cü ildə yerdəyişmə imtahanında iştirak edərək iş yerini Binəqədi rayonu Sulutəpə qəsəbəsi 313 nömrəli tam orta məktəbə dəyişib. Həmçinin 2014-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi metodikası və metodologiyası" fakültəsində təhsil alaraq magistr dərəcəsi üzrə ixtisaslaşıb. Hal-hazırda 313 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləyir.
Binəqədi Həmkarlar ittifaqı tərəfindən" Ən yaxşı açıq dərs" nominasiyasında 2-ci yerə layiq görülmüşdür."Bakı Təhsili" ndə" Bitişdirici Samitlər" adlı məqaləsi dərc olunmuşdur.
Səlimova Bikəxanım Əvəz qızı 1961-ci ildə Salyan rayonunda anadan olub. 1968-1978-ci illərdə Salyan rayonu 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oub. Həmin ildən 1983-cü ilə qədər Salyan rayonundakı 7 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1983-1991-ci illərdə rayondakı uşaq gənclər evində metodist, 1991-2000-ci illərdə Rayon Təhsil Şöbəsində metodist, paralel olaraq Salyan rayon 3 nömrəli tam orta məktəbdə dil - ədəbiyyat müəllimi işləmişdir. 2009-cu ilə qədər Salyan rayonundakı 3 nömrəli tam orta məktəbdə çalışmışdır. 2009-cu ildən Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə işləyir.
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi