Şagirdimiz beynəlxalq olimpiadada uğur qazandı!

Məktəbimizin 1 "A" sinif şagirdi Əhmədli Jasmin Orxan qızı 5 may 2025-ci il tarixində keçirilən Asian International Mathematical Olympiad (AIMO) beynəlxalq riyaziyyat olimpiadasında Bronze Honor (Bürünc medal) qazanaraq böyük bir uğura imza atdı!
Bu möhtəşəm nailiyyət Jasminin zəhməti və istedadı ilə yanaşı, onun riyaziyyat müəllimi Sülhanə Abbasovanın peşəkar dəstəyi və yönləndirməsinin nəticəsidir.
Məktəbimizin direktoru Nizami Qasımzadə və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Məmmədova balaca dahimizi səmimi qəlbdən təbrik edərək, onun gələcəkdə də bu cür beynəlxalq yarışlarda məktəbimizi layiqincə təmsil edəcəyinə əmin olduqlarını bildiriblər.
Jasminin qazandığı bu beynəlxalq mükafat bizi sevindirməklə yanaşı, məktəbimizin uğur salnaməsinə yeni bir parlaq səhifə əlavə etdi. Şagirdimizi və onun müəllimini ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!
#307NömrəliMəktəb
#BeynəlxalqUğur
#GələcəyinZəkaSahibləri
#AIMO2025
#Fəxrimizdir
#ŞəbnəmMəmmədova
#SulhanəAbbasova
#NizamiQasımzadə