307 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi

14 iyun 2025-ci il tarixində 307 nömrəli tam orta məktəbdə ənənəvi “Son zəng” tədbiri böyük coşqu və duyğulu anlarla qeyd olundu. Məktəbin həyətində təşkil olunan tədbirdə məzunlarımız təhsil aldıqları ocağa vida etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra məktəbin direktoru Nizami Qasımzadə və digər qonaqlar çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzuladılar.
Tədbirdə şagirdlər və müəllimlər arasında emosional çıxışlar səsləndirildi, 1-ci siniflərin təqdim etdiyi rəqs səhnəsi məzunlara xüsusi hisslər yaşatdı. “Bilik açarının” yeni siniflərə ötürülməsi və “Son zəng”in səslənməsi ilə mərasim başa çatdı.
Bu gün məktəbdən bir yol başlanır – gələcəyin yolçuları üçün ümid, həyəcan və arzularla dolu bir yol...
Məzunlarımıza uğurlar arzulayırıq!
#SonZəng2025 #307Məktəb #MəzunGünü #YeniBaşlanğıc #TəhsilYolu