Şagird Özünüidarə Orqanının və "Kiçik Akademiya"nın yekun hesabat iclası keçirildi

2024–2025-ci tədris ilində məktəbdaxili şagird fəallığının artırılması, elmi-mənəvi inkişafın təşviqi və liderlik bacarıqlarının formalaşdırılması məqsədilə fəaliyyət göstərən Şagird Özünüidarə Orqanı və "Kiçik Akademiya" öz işini uğurla başa vurdu.
İclas zamanı il ərzində görülən işlərin hesabatı təqdim olundu, aktiv iştirak edən və fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən Diplomla təltif edildi.
Bu tədbir, şagirdlərin təşəbbüskar fəaliyyətinə verilən dəyərin və onların inkişafına göstərilən dəstəyin bariz nümunəsidir.
Təbrik edirik! Yeni uğurlarda görüşmək ümidilə!