Kiçik Akademiya

"Əməli yazı qaydaları üzərində iş" adlı müsabiqə təşkil olundu    Aprelin 17-si 2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3.2 və 3.4-cü bəndlərinə əsasən 5-ci ayın mövzusu olaraq humanitar və humanitar-texniki təmayüllü siniflərdə "Kiçik Akademiya"nın təşkilatçılığı ilə" Əməli yazı qaydaları üzərində iş" adlı müsabiqə təşkil olunmuşdur.     Müsabiqə Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Həsənova, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev rəhbərliyi, təyin olunmuş müəllimlərin nəzarətilə baş tutmuşdur.     Şagirdlərə əməli yazı nümunələrilə bağlı 10 qapalı, 3 açıq və 2 situativ sual təqdim olunmuşdur.     Müsabiqə nəticələri elan olunduqdan sonra yüksək nəticə göstərən şagirdlər və fənn müəllimləri təltif olunacaqdır.

Ətraflı

Coğrafiya müsabiqəsinin qalibləri Diplomla təltif olundu Martın 27-si 2024-cü il tarixdə "Kiçik Akademiya"nın təşkilatçılığı ilə keçirilmiş coğrafiya müsabiqəsinin qalibləri məktəb rəhbərliyi tərəfindən Diplomla təltif olundular.

Ətraflı

"Dəyərlərimizi qoruyaq" adlı intellektual müsabiqə təşkil olundu    Martın 13-ü 2024-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyevin rəhbərliyi, coğrafiya müəllimləri Aygün Məmmədova və Nigar Cəfərovanın təşkilatçılığı ilə F-103 nömrəli əmrin 2.2-ci maddəsinə əsasən VI sinif şagirdləri arasında "Dəyərlərimizi qoruyaq" adlı intellektual müsabiqə təşkil olunmuşdur.     Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himnilə başlamışdır.      İntellektual müsabiqə 5 mərhələdə təşkil olunmuşdur. Müsabiqənin mərhələlərində intellektual, dəyərlərimizi təbliğ edən, musiqili suallardan istifadə olunmuşdur.     5 mərhələnin yekun nəticələrinə əsasən "Coğrafiya" komandası(6A) - I yeri, "Qızılqaya" komandası(6B) - II yeri, "Erotosfen"(6Ə), "Neftçi"(6E) və komandaları III yeri əldə etmişdirlər.

Ətraflı

Hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı    Martın 13-ü 2024-cü il tarixdə BŞTİ-nin 3.2 və 3.4-cü bəndlərinə əsasən "Kiçik Akademiya"nın təşkil etdiyi hekayə müsabiqəsinin qalibləri, fərqlənənləri və fəal iştirakçıları məktəb rəhbərliyi tərəfindən Diplom və Sertifikatla təltif olundular.

Ətraflı

"Azərbaycan dili - milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi keçirildi    Fevralın 15-i 2024-cü il tarixdə BŞTİ-nin 3.2 və 3.4-cü bəndlərinə, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.2.1-ci bəndinə əsasən "Kiçik Akademiya"nın təşkilatçılığı ilə VI siniflər arasında "Azərbaycan dili - milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi keçirilmişdir.

Ətraflı

Ana Dili Gününə həsr olunmuş araşdırma-tədqiqat işləri dinlənilmişdir    Fevralın 15-i 2024-cü il tarixdə BŞTİ-nin 3.2 və 3.4-cü bəndlərinə əsasən məktəb kitabxanasında "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Ana Dili Gününə həsr olunmuş araşdırma-tədqiqat işləri dinlənilmişdir.     Şagirdlərin hazırladıqları tədqiqat işləri" Ana dilinin ümumi tarixi", "Nəsrəddin jurnalı və dil",  "Xəlil Rza Ulutürk və dil", "Ümummilli lideri Heydər Əliyev və dil", "Dilin tarixi, dialektlər, və tarixi uyğunluq" və.s mövzuları əhatə edirdi.     UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev, kitabxana müdiri Sevda Rzayeva şagirdlərin tədqiqat işləri haqqında fikirlərini söyləmiş, təqdirəlayiq olduğunu bildirmişdir.

Ətraflı

"Azərbaycan dili və nitq mədəniyyəti" mövzusunda təlim xarakterli görüş keçirildi    Fevralın 14-ü 2024-cü il tarixdə BŞTİ-nin 3.2 və 3.4-cü bəndlərinə əsasən "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Azərbaycan dili və nitq mədəniyyəti" mövzusunda təlim xarakterli görüş keçirilmişdir.     Görüşdə məktəbin direktoru Nizami Qasımzadə, Bakı Dövlət Universiteti, Filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nahidə Həsənova, TTİ üzrə direktor müavini Könül Həsənova, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev, təmayül və bir sıra IX sinif  şagirdləri iştirak etmişdirlər.     Təlimdə N.Həsənova dilin zənginliyi, nitq mədəniyyətinin inkişafı, gündəlik həyat tərzində istifadə və.s mövzular ətrafında çıxış etmiş və şagirdlərlə diskussiya aparmışdır.

Ətraflı

Şagirdimiz "Kiçik Akademiya'ların böyük dahiləri" adlı I Ümumşəhər Konfransında iştirakına görə Təşəkkürnamə ilə təltif olunduDekabrın 29-u 2023-cü il tarixdə məktəbin direktoru Nizami Qasımzadə, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Heydər Əliyev İli" nə həsr olunmuş "Kiçik Akademiya'ların böyük dahiləri" adlı I Ümumşəhər Konfransında iştirakına görə Təşəkkürnamə ilə təltif olunan 10"Ç" sinif şagirdi Aygül Çingizi ilə görüşmüş, ona gələcək fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulamışdırlar.

Ətraflı

"Kiçik Akademiya"nın təşkilatçılığı ilə II mərhələ üzrə rayon konfransının iştirakçılarının təltifetmə mərasimi keçirildi    Dekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir.      Təltifetmə Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.      Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, şagirdləri salamlayaraq təltifetmə mərasimi haqqında danışdı.      Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının 2 mərhələdə keçirilməsi, qaliblərin münsiflər heyəti tərəfindən obyektiv, düzgün seçilməsi, Sabahın alimləri müsabiqəsində qaliblərin iştirakı və cari məsələlər haqqında danışdı.      Konfrasın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz Məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olundular. 

Ətraflı

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə rayon konfransının II mərhələsi təşkil olundu Noyabrın 22-si 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının II mərhələsi təşkil olundu.     Konfrans Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.      Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının məqsədi haqqında danışdı. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, münsiflər heyətini, iştirakçıları salamlayaraq konfransı açıq elan etdi.     Konfransda məktəb direktorları, KA rəhbərləri, müəllimlər, KA üzvləri iştirak etdilər. Konfransın II mərhələsində 22,69,72,75,80,81,90,96,108,130,142,155,198,213,252,259,293,296,307 nömrəli tam orta məktəblərin KA üzvləri öz təqdimatları ilə çıxış etdilər.     Sonda münsiflər heyəti tərəfindən konfrasın işi yüksək qiymətləndirmişdir.

Ətraflı

Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının I mərhələsi təşkil olundu    Noyabrın 21-i 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının I mərhələsi təşkil olundu.     Konfrans Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.      Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının məqsədi haqqında danışdı.     Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, münsiflər heyətini, iştirakçıları salamlayaraq konfransı açıq elan etdi.     Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, KA rəhbərləri, müəllimlər, KA üzvləri iştirak etdilər. Konfransın I mərhələsində 4,28,68,71,74,78,107,112,128,137,148,169 187,192,209,215,271,295,309 nömrəli tam orta məktəblərin KA üzvləri öz təqdimatları ilə çıxış etdilər.     BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov çıxış edərək konfrasın işini yüksək qiymətləndirmişdir.

Ətraflı

Kiçik Akademiya rəhbərlərilə iclas keçirildi  Oktyabrın 30-u 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə KA rəhbərlərilə iclas keçirildi.   İclasda Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz"Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev iştirak edərək iclasın mahiyyəti haqqında danışdı.   İclasda aşağıda qeyd olunan məsələlər haqqında danışıldı:     1. Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq;     2. 21-22 noyabr tarixlərində keçiriləcək rayon konfransı haqqında məlumat;     3. Konfransın gündəliyi, təqdim olunacaq tədqiqat işləri, meyarlar və.s.   Sonda KA rəhbərlərinin sualları cavablandırıldı.

Ətraflı

"Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Beynəlxalq Ana Dili Günü" adlı ədəbiyyat müsabiqəsinin qalibləriFevralın 25-i 2023-cü il tarixdə "Kiçik Akademiya" tərəfindən təşkil olunmuş "Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Beynəlxalq Ana Dili Günü" adlı ədəbiyyat müsabiqəsinin qalibləri məktəbin direktoru Nizami Qasımzadə, Uşaq birliyi təşkilatının və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev tərəfindən Diplomla təltif olundular.

Ətraflı

"Anım Günü" nə həsr olunmuş elmi-praktiki konfransSentyabrın 27-si 2022-ci il tarixdə F-191 nömrəli əmrin icrasıyla əlaqədar tarix müəllimləri Afət Məmmədova və Zümrüd Quliyevanın təşkilatçılığı ilə elmi-praktiki konfrans təşkil olundu. Elmi-praktiki konfransda məktəbin direktoru Nizami Qasımzadə, Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Aytəkin Əliyeva, Uşaq birliyi təşkilatının rəhbəri Sərxan Şahverdiyev, psixoloq Lətafət Mustafayeva, müəllimlər, şagirdlər iştirak etdilər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Ardınca şəhidlərimizin əbədi xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Uşaq birliyi təşkilatının rəhbəri Sərxan Şahverdiyev giriş sözü ilə elmi-praktiki konfransın mahiyyəti, "Anım Günü"nün tarixi və.s haqqında ümumi məlumat verdi. Ardınca məktəb direktoru Nizami Qasımzadə şagirdlərin şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vurğuladı.Məktəbin psixoloqu L.Mustafayeva döyüş psixologiyası haqqında məlumat verdi. Elmi-praktiki konfransda şagirdlərin hazırladıqları suallar konfrans rəhbərliyinə təqdim olundu. Konfransın bədii hissəsində şagirdlər bir şəhid obrazı adından çıxış edib şeirlərini söylədilər.

Ətraflı

"Kiçik Akademiya"nın tədqiqat işiSentyabrın 28-i 2022-ci il tarixdə "Kiçik Akademiya"nın Kimya kafedrasının məsləhətçi müəllimi Aygün Paşayevanın təşkilatçılığı və 10 "A" sinif şagirdlərinin iştirakı ilə ekoloji mövzuda hazırlanmış təqdimat şagirdlərə nümayiş olundu.

Ətraflı

"Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa müsabiqəsi"Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa müsabiqəsi. "Əziz Şuşa, sən azadsan!" mövzusunda "Kiçik Akademiya"nın 9-11-ci sinif şagirdləri arasında kompüter əsaslı inşa müsabiqəsi keçirildi. İnşa müsabiqəsində 22 nəfər şagird iştirak etdi. Müsabiqə "Kiçik Akademiya"nın Humanitar bölməsinin rəhbəri Afət Məmmədova, İnformatik kafedrasının məsləhətçi müəllimi Çiçək Şirinova tərəfindən təşkil olunmuşdur. Nəticələr bəlli olduqdan sonra elan ediləcəkdir.

Ətraflı

Cüdo turnirində I yerin qalibi oldu⁸Oktyabrın 18-i 2022-ci il tarixdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin II Qarabağ müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo turnirində 66 kq çəki dərəcəsində I Yerə layiq görülərək qızıl medal və kubokla təltif olunmuş 8 "F" sinif şagirdi, "Kiçik Akademiya"nın vitse-prezidenti Nurəddin Əliyevlə məktəb rəhbərliyi görüş keçirmişdir. Şagirdimizi səmimi qəlbdən təbrik edir, gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

Ətraflı

Məktəbdə Elmi-praktiki konfrans keçirildiOktyabrın 27-si 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-136 nömrəli əmrinin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat kafedraları üzrə "Əhməd Cavad və onun yaradıcılığı" adlı elmi-praktiki konfrans keçirildi. Elmi-praktiki konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca "Zəfər Tariximiz"in şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.  Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq konfransı mahiyyəti haqqında məlumat verdi. Ardınca 72 nömrəli məktəb-liseyin şagirdi Nuri Fatimə, 192 nömrəli tam orta məktəbin şagirdi Cəfərova Səkinəbəyim, 307 nömrəli tam orta məktəbin şagirdi Əmirli Abbas, 307 nömrəli tam orta məktəbin Humanitar bölməsinin rəhbəri və tarix müəllimi Məmmədova Afət, 28 nömrəli tam orta məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Əmircanova Qənirə öz məqalələri ilə çıxış etdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova çıxış edərək elmi-praktik konfrans haqqında yekun fikirlərini söylədi. Sonda 307 nömrəli tam orta məktəbin Texniki bölməsinin hazırladığı videoçarxa baxış oldu. Elmi-praktiki konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, İnkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA prezidentləri, müəllimlər, şagirdlər iştirak etdilər.

Ətraflı

Məktəbdə Fənn Olimpiadası keçirildiRFO-nun məktəb mərhələsi Oktyabrın 22-si 2022-ci il tarixdə Respublika Fənn Olimpiadasının məktəb mərhələsi keçirildi. 8-11-ci sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, biologiya, kimya, fizika fənləri üzrə olimpiadada iştirak etdilər. Yüksək nəticə göstərən şagirdlər olimpiadanın şəhər mərhələsində məktəbi təmsil etmək hüququ qacanacaq. RFO-nun məktəb mərhələsində iştirak edən bütün şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

VII-VIII sinif şagirdlər arasında şeir müsabiqəsi keçirildiNoyabrın 1-i 2022-ci il tarixdə F-191 nömrəli əmrin VI bəndinə əsasən VII-VIII sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi.  Şeir müsabiqəsində məktəb rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edərək şagirdləri dinlədilər. Yekun nəticələrə əsasən şagirdlər I, II, III yerə layiq görüləcək, diplomla təltif olunacaqlar.Noyabrın 3-ü 2022-ci il tarixdə Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsinin qalibləri məktəbin direktoru Nizami Qasımzadə, Uşaq birliyi təşkilatının və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev tərəfindən Diplom və kitabla mükafatlandırıldılar.  Şagirdlərimizi səmimi qəlbdən təbrik edir, bol-bol uğurlar arzulayırıq !

Ətraflı

Bədii yaradıcılıq ekran dramaturgiyası kafedrasının müdiri Əli Əmirli ilə görüş keçirildiNoyabrın 2-si 2022-ci il tarixdə F-300 nömrəli əmrin ("7-dən 17-yə vətənpərvər!") VI bəndinə əsasən dramaturq, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiri Əli Əmirli ilə görüş keçirildi.  Görüşdə məktəb rəhbərliyi, müəllimlər, VIII-XI sinif şagirdləri iştirak etdilər. Görüşdə vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin inkişafı haqqında söhbətlər edildi. Sonda şagirdlərin sualları cavablandırıldı.

Ətraflı
HAQQIMIZDA

   Bakı şəhəri Sabunçu rayonunda yerləşən 307 nömrəli tam orta məktəb 2006-cı ildə istifadəyə verilmişdir. &l...

BİZİM FƏXRLƏRİMİZ

Məhəməd Əsgərov Rafiq

HAQQIMIZDA

   Bakı şəhəri Sabunçu rayonunda yerləşən 307 nömrəli tam orta məktəb 2006-cı ildə istifadəyə verilmişdir. &l...

BİZİM FƏXRLƏRİMİZ

Məhəməd Əsgərov Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi