Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə rayon konfransının II mərhələsi təşkil olundu

 Noyabrın 22-si 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının II mərhələsi təşkil olundu.     Konfrans Azərbaycan Respublikasının Dövlət Himni başlandı. Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.      Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayon konfransının məqsədi haqqında danışdı. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, münsiflər heyətini, iştirakçıları salamlayaraq konfransı açıq elan etdi.     Konfransda məktəb direktorları, KA rəhbərləri, müəllimlər, KA üzvləri iştirak etdilər. Konfransın II mərhələsində 22,69,72,75,80,81,90,96,108,130,142,155,198,213,252,259,293,296,307 nömrəli tam orta məktəblərin KA üzvləri öz təqdimatları ilə çıxış etdilər.     Sonda münsiflər heyəti tərəfindən konfrasın işi yüksək qiymətləndirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi