"Füzuli dünyası" adlı intellektual müsabiqə təşkil olundu

    Aprelin 26-sı 2024-cü il tarixdə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar "Məktəblərdə Məhəmməd Füzuli ayı" adlı Tədbirlər Planına əsasən "Kiçik Akademiya"nın rəhbəri, UBTR, SMTİ üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyevin rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimləri Həcər Babayeva, Rövşanə Qaffarovanın təşkilatçılığı, Təlim-tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyevanın dəstəyilə VIII sinif şagirdləri arasında "Füzuli dünyası" adlı intellektual müsabiqə təşkil olunmuşdur.     Müsabiqə başlamamışdan öncə unudulmaz sənətkar Şövkət Ələkbərovanın səsləndirdiyi "Füzuli kantantası" dinləmişdir.     İntellektual müsabiqə 3 mərhələdə təşkil olunmuşdur.     Şagirdlərə I mərhələdə-Milli musiqimizdə Füzuli yaradıcılığı, tərcümə əsərləri(Həcər Babayeva), II mərhələdə-Elmi-fəlsəfi yaradıcılıq(Rövşanə Qaffarova) və III mərhələdə-Günümüzdə Füzuli(Sərxan Şahverdiyev) başlığı altında suallar təqdim olunmuşdur.     I mərhələ 5 qapalı və açıq, II mərhələ 6 qapalı və III mərhələ 3 situativ sualdan ibarət idi. Siniflər üzrə komandaların adları Məhəmməd Füzulinin əsərlərinin adları ilə adlandırımışdır.     Yekun nəticələrə əsasən I yeri 17 balla "Səhhət və Mərəz"(8"D"), II yeri 16 balla "Həft Cam"(8"A"), III yeri 15 balla "Leyli və Məcnun"(8"B) komandaları qazanmışdırlar.     I yerin qalibləri diplom və kitablarla, II və III yerin qalibləri diplomla, qalib komandaların qalib müəllimlərisə diplomla məktəb rəhbərliyi tərəfindən təltif olunmuşdurlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi