"Azərbaycan dili və nitq mədəniyyəti" mövzusunda təlim xarakterli görüş keçirildi

    Fevralın 14-ü 2024-cü il tarixdə BŞTİ-nin 3.2 və 3.4-cü bəndlərinə əsasən "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Azərbaycan dili və nitq mədəniyyəti" mövzusunda təlim xarakterli görüş keçirilmişdir.     Görüşdə məktəbin direktoru Nizami Qasımzadə, Bakı Dövlət Universiteti, Filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nahidə Həsənova, TTİ üzrə direktor müavini Könül Həsənova, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev, təmayül və bir sıra IX sinif  şagirdləri iştirak etmişdirlər.     Təlimdə N.Həsənova dilin zənginliyi, nitq mədəniyyətinin inkişafı, gündəlik həyat tərzində istifadə və.s mövzular ətrafında çıxış etmiş və şagirdlərlə diskussiya aparmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi