"Anım Günü" nə həsr olunmuş elmi-praktiki konfrans

Sentyabrın 27-si 2022-ci il tarixdə F-191 nömrəli əmrin icrasıyla əlaqədar tarix müəllimləri Afət Məmmədova və Zümrüd Quliyevanın təşkilatçılığı ilə elmi-praktiki konfrans təşkil olundu. Elmi-praktiki konfransda məktəbin direktoru Nizami Qasımzadə, Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Aytəkin Əliyeva, Uşaq birliyi təşkilatının rəhbəri Sərxan Şahverdiyev, psixoloq Lətafət Mustafayeva, müəllimlər, şagirdlər iştirak etdilər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Ardınca şəhidlərimizin əbədi xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Uşaq birliyi təşkilatının rəhbəri Sərxan Şahverdiyev giriş sözü ilə elmi-praktiki konfransın mahiyyəti, "Anım Günü"nün tarixi və.s haqqında ümumi məlumat verdi. Ardınca məktəb direktoru Nizami Qasımzadə şagirdlərin şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vurğuladı.Məktəbin psixoloqu L.Mustafayeva döyüş psixologiyası haqqında məlumat verdi. Elmi-praktiki konfransda şagirdlərin hazırladıqları suallar konfrans rəhbərliyinə təqdim olundu. Konfransın bədii hissəsində şagirdlər bir şəhid obrazı adından çıxış edib şeirlərini söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi