15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş futbol yarışı

10"A", 10"C", 10"Ç" və 10"E" sinifləri arasında təşkil olunan futbol yarışı böyük coşqu və sağlam rəqabət şəraitində keçirildi. Turnirin yekununda:
10"A" sinfi qızıl medal və kubokla,
10"E" sinfi gümüş medal,
10"Ç" sinfi isə bürünc medalla təltif olundu.
Yarışın keçirilməsində əməyi keçən fiziki tərbiyə kafedrasının metodbirləşmə sədri Sultanəli Məmmədov və müəllim Rasim Abışov xüsusi təşəkkürnamə ilə təltif edildilər.
Əməkdaşlıq və əzm nümayiş etdirən bütün iştirakçılara təşəkkür edirik!
Qələbə təkcə nəticə deyil, birliyin, mübarizənin və ruhun göstəricisidir!