Təhsil uğurla tamamlandı!

Fəxrlə bildiririk ki, 307 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Şeyda Abbasova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və ADPU Strateji İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Məktəb liderliyi" proqramının II çağırışını uğurla başa vurmuşdur.

Bu proqram çərçivəsində Şeyda Abbasova müasir idarəetmə bacarıqları, təhsil rəhbərliyi, komandaların təşkili və sosial emosional dəstək sahəsində zəngin biliklər və təcrübə qazanmışdır.

Liderlik yalnız idarəetmə deyil, həm də ilham vermək, dəyişimi yönləndirmək və inkişafı davamlı etmək deməkdir.
Bu uğur həm şəxsi inkişaf, həm də məktəbimizin gələcək nailiyyətləri üçün mühüm addımdır.

Şeyda müəllimi təbrik edir, təhsildə göstərdiyi fədakar xidmətlərinə görə təşəkkür edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

#TəhsilLiderliyi #MəktəbLiderliyi #307Məktəbi #UğurHekayəsi #ŞeydaAbbasova #ADPU #ETN

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi