10"Ç" sinfinin oğlan şagirdləri Daxili Qoşunlar İnstitutunda ekskursiyada olublar

Bakı şəhəri 307 nömrəli tam orta məktəbin 10"Ç" humanitar-riyaziyyat-iqtisadiyyat təmayüllü sinfinin oğlan şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda məktəbin Uşaq birliyi rəhbəri Sərxan Şahverdiyevin müşayiətilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İnstitutuna maarifləndirici ekskursiya həyata keçiriblər.

Ekskursiyanın məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların hüquq-mühafizə orqanlarına marağının artırılması, intizam və məsuliyyət prinsiplərinin aşılanması olub. Səfər zamanı şagirdlər institutun maddi-texniki bazası, təlim proqramları və gündəlik hərbi xidmətin xüsusiyyətləri ilə yaxından tanış olublar. Ekskursiya iştirakçılarına institut rəhbərliyi tərəfindən ətraflı məlumat verilib, gənclərlə interaktiv ünsiyyət qurulub.

Bu cür tədbirlər əməkdaşlığının gücləndirilməsi, şagirdlərin gələcək ixtisas seçimlərində doğru istiqamətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi