10"ç" sinfində yaradıcı məruzə dərsi

10"ç" sinfində yaradıcı məruzə dərsi

Azərbaycan dili dərsimizdə bu dəfə həm öyrəndik, həm də yaradıcı olduq!

Şagirdlərimizə dərsin bugünki mövzusu "məruzə" forması ətraflı şəkildə izah edildi: struktur hissələri, üslub xüsusiyyətləri, rəsmi təqdimat qaydaları və tətbiq sahələri haqqında geniş məlumat verildi. Ardınca isə şagirdlər özlərini gələcəyin müxtəlif peşə sahibləri kimi təsəvvür edərək fərdi yaradıcı məruzələr hazırladılar.

Kimisi həkim, kimisi müəllim, kimisi polis, kimisi hüquqşünas, mühəndis, jurnalist və ya psixoloq kimi.

Hər biri öz ixtisasına uyğun mövzu seçərək maraqlı, düşündürücü və məqsədyönlü məruzələr təqdim etdilər.

Bu dərs şagirdlərimizin: • Yazılı və şifahi nitq bacarıqlarını, • Tənqidi və yaradıcı düşüncəsini, • Gələcəyə dair vizyonunu formalaşdırmağa xidmət etdi.

Ən əsası isə – hər biri bir peşənin məsuliyyətini hiss etdi!

Düşün, yaz, təqdim et!

Fənn müəllimi: Sərxan Şahverdiyev

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi