Şəxsi gigiyena – sağlamlığın təməlidir!

307 nömrəli məktəbdə 5-6-cı sinif şagirdləri üçün məktəbimizin həkimləri – Vəliyeva Xədicə Əlibala qızı və İsmayılova Kəmalə Məmməd qızı tərəfindən “Şəxsi gigiyena – sağlam həyatın açarı” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
Görüşdə şagirdlərlə aşağıdakı vacib mövzular ətrafında söhbətlər aparılmışdır:
Şəxsi gigiyenanın əsas prinsipləri:
Əllərin düzgün yuyulması və gigiyenik vərdişlərin gündəlik həyata tətbiqi
Diş və ağız boşluğu gigiyenasının qorunması
Dırnaq, saç və dəriyə qulluq vərdişləri
Geyim və yataq təmizliyinin sağlamlığa təsiri
Sağlam qidalanma və gigiyenik davranışlar:
Yeməkdən əvvəl və sonra gigiyena qaydalarına əməl olunması
Məktəb və ev mühitində şəxsi təmizliyin rolu
Həkimlərimiz şagirdlərə praktiki tövsiyələr verərək, onların gündəlik gigiyenik vərdişlərə daha məsuliyyətli yanaşmalarını təşviq etdilər. Görüş interaktiv sual-cavablarla davam etdi və şagirdlər üçün olduqca maarifləndirici keçdi.
Unutmayaq! Təmiz bədən – sağlam gələcək deməkdir!
#ŞəxsiGigiyena #SağlamUşaq #307nömrəlimekteb #Maarifləndirmə #GigiyenaGörüşü