3-cü sinif şagirdləri üçün Azərbaycan dili monitorinqi keçirildi

Məktəbimizdə 3-cü sinif şagirdlərinin Azərbaycan dili fənni üzrə “oxuyub anlama” və “dil qaydaları” mövzuları üzrə bilik və bacarıqlarını ölçmək məqsədilə monitorinq təşkil edilmişdir.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Sadıqovanın rəhbərliyi ilə təşkil olunan bu qiymətləndirmə prosesi şagirdlərin fənn üzrə inkişaf səviyyəsinin dəqiq müəyyənləşdirilməsi və gələcək tədris addımlarının planlaşdırılması üçün mühüm baza rolunu oynayacaq.
Monitorinq nəticələrinin təhlili əsasında şagirdlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər görüləcəkdir.