Məktəbəhazırlıq qruplarında monitorinq aparılıb

Direktor müavini Samirə Sadıqovanın təşəbbüsü ilə məktəbimizdə məktəbəhazırlıq qruplarında tədrisin keyfiyyətini izləmək və uşaqların məktəbə hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə monitorinq təşkil olunmuşdur.

Monitorinq zamanı balaca fidanlarımızın diqqət, yaddaş, nitq bacarıqları, riyazi təfəkkürü və sosial davranışları diqqətlə müşahidə edilmiş, tətbiq olunan təlim proqramının mənimsənilmə səviyyəsi qiymətləndirilmişdir.

Nəticələr ümumilikdə qənaətbəxşdir. Bu isə onu göstərir ki, məktəbəhazırlıq qruplarında məqsədyönlü və səmərəli fəaliyyət uğurla həyata keçirilir.

Gələcəyimizin güzgüsü olan körpələrimizə parlaq və uğurlu təhsil yolu arzulayırıq!

#Məktəbəhazırlıq #TəhsilMonitorinqi #307nömrəlimekteb #SamirəSadıqova #FidanlarGələcəyimizdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi