307 nömrəli tam orta məktəbdə Pedaqoji şura iclası keçirildi

Məktəbin pedaqoji kollektivi növbəti Pedaqoji Şura iclasında bir araya gəldi. İclasa giriş sözünü Pedaqoji Şuranın sədri, məktəbin direktoru Nizami Qasımzadə edərək gündəlik məsələləri iştirakçıların diqqətinə çatdırdı. İclasda əsas müzakirə mövzuları aşağıdakılar olub:

1. TKTA-nın apardığı yoxlamaların nəticələri – yekun hesabatla Nizami Qasımzadə çıxış edib;

2. Nizam-intizam qaydaları və şagird təhlükəsizliyi;

3. BSQ-2-yə hazırlıq prosesi;

4. Cari məsələlər – şagird nailiyyətləri, öyrətmə və qiymətləndirmə, məktəbdə dəstəkləyici mühitin formalaşdırılması (mənəvi-psixoloji, təhlükəsizlik, maddi-texniki baza), liderlik və idarəetmə sahəsində görülən işlər;

Həmçinin Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Aytəkin Əliyeva, Könül Həsənova, Şeyda Abbasova, Samirə Sadıqova və Şəbnəm Əliyeva; sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Elşən Rəsulov; Uşaq birliyinin rəhbəri və Şagird Davranış Qaydaları üzrə koordinator Sərxan Şahverdiyev çıxış edərək öz istiqamətləri üzrə hesabatlar təqdim ediblər.

Pedaqoji Şura iclası məktəbdaxili fəaliyyətin daha səmərəli və məqsədyönlü şəkildə təşkilinə xidmət etməklə, gələcək fəaliyyət istiqamətlərinin müəyyən olunması baxımından əhəmiyyətli olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi