Şəxsi gigiyena və qurd xəstəlikləri

Şəxsi gigiyena sağlamlığı qorumaq və möhkəmləndirməyə kömək edən gigiyena qaydaları toplusudur, gigiyenanın ilkin şərti isə təmizlikdir. Bununla bağlı şagirdlərdə gigiyenik vərdişlərin formalaşdırılması və sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə 306 №-li məktəbin müəllimi Aynur Nağıyeva VIII sinif şagirdləri ilə "Şəxsi gigiyena və qurd xəstəlikləri" mövzusunda maarifləndirici seminar təşkil etdi. Seminarda şagirdlərə şəxsi gigiyena qaydaları, onların əhəmiyyəti, şəxsi əşyaların istifadəsi, düzgün əl yuma və gigiyenik vərdişlərin sağlamlığa təsiri barədə ətraflı məlumat verildi. 

Bundan əlavə, müəllim mövzu ilə bağlı hazırlanmış prezentasiya əsasında şagirdlərə əyani şəkildə izah verərək gigiyena qaydalarına riayət etmədikdə yarana biləcək fəsadlar, qurd, parazit və digər xəstəliklər, onların əlamətləri, mübarizə üsullarından da danışdı.  Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi