Gəlin, gülək, sevinək!

Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması mühüm məsələlərdən biridir. 1925-ci ildə Cenevrədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə Ümumdünya konfransında elan edilmişdir. 22 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin sərəncamı ilə 2002-ci il "Uşaq ili" elan edilmişdir. Bu dövlətimizin uşaqlara qayğısının bariz nümunəsidir.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, eləcə də kiçikyaşlı məktəbliləri sevindirmək məqsədilə 306 №-li məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G, Ədilova, müəllimlər, şagirdlər iştirak etdilər. Məktəblilər öz rəqsləri, mahnıları ilə tədbirə bayram əhvalı qatdılar. Tədbirin sonunda xatirə şəkilləri çəkdilər.