Narkomaniya ilə mübarizə hər birimizin borcudur

Reproduktiv sağlamlıqla bağlı 306 №-li məktəbdə müəyyən tədbirlər keçirilir. Narkomaniya və digər zərərli vərdişlərin fəasadları barədə məktəbliləri məlumatlandırmaq, narkomaniyanın cəmiyyətə gətirdiyi bəlalar, insanın sağlamlığına vurduğu ziyanlarla bağlı onları maarifləndirmək məqsədilə məktəbin biologiya müəllimi Aytəkin Umudova VIII sinif şagirdləri üçün "Narkomaniya ilə mübarizə hər birimizin borcudur" mövzusunda xüsusi dərs təşkil etdi. Məktəblilər mövzu ilə bağlı ərsəyə gətirdikləri videoçarxı və çəkdikləri rəsmləri təqdim edərək bu barədə məlumatları da yoldaşları ilə bölüşüb müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi