İnsan hüquqlarının müdafiəsi

Dövlətin hüquqi, iqtisadi, siyasi əsasını, eləcə də, milli birliyini və kimliyini ifadə edən suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edir. Ölkəmizdə 2025-ci ilin "Konstitusiya və suverenlik ili" elan edilməsi ilə əlaqədar 306 №-li məktəbdə silsilə tədbirlər həyata keçirilir.

Məktəbin tarix müəllimi Qadir Fətullayev IX-X sinif şagirdləri ilə "İnsan hüquqlarının müdafiəsi" mövzusunda dəyirmi masa təşkil etdi. Tədbiri açıq elan edən Q. Fətullayev ulu öndər H. Əliyevin gərgin əməyi nəticəsində hazırlanmış, dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanun, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi barədə danışdı. Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsinin mexanizminin mövcudluğundan söz açdı. Məktəblilər isə öz növbəsində, insan hüquqları və azadlıqlarının müdafiəsi, öz hüquq və vəzifələri haqqında məlumat verərək bildirdilər ki, dövlətimiz insana, onun hüquqlarına və azadlıqlarına dəyər verir, onlara etibarlı və davamlı təminat yaradır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi