Təmiz əllər sağlamlığın reseptidir

Gigiyena- insan sağlamlığını qorumaq haqqında elmdir. Sağlam bədən sağlam gələcək, sağlam nəsil deməkdir. Sağlamlığı qorumaq və möhkəmləndirməyə kömək edən gigiyena qaydalarını bir daha məktəblilərə təbliğ etmək, onları yoluxucu xəstəliklərdən qorumaq, sağlam həyata yönləndirmək məqsədilə 306 №-li məktəbin biologiya müəllimi Günay Abdullayeva VII sinif şagirdləri üçün "Təmiz əllər sağlamlığın reseptidir" mövzusunda xüsusi dərs təşkil etdi. O, məktəblilərə bildirdi ki, bəzi əsas təmizlik qaydalarına riayət etmədikdə insan daşıdığı xəstəliklə özü ilə yanaşı, başqalarının da sağlamlığına ziyan vurmuş olur. O, eləcə də, əsrin bəlasına çevrilmiş, minlərlə insanın ölümünə səbəb olmuş koronavirus barədə də xatırlatma etdi. Təhsilalanlar isə bildirdilər ki, şəxsi gigiyena saçlara, dırnaqlara, ayaqlara, xüsusilə də, əllərə şamil olunur. Sanitar qovşağından çıxdıqda, yemək yeməzdən əvvəl, çirkli, tozlu bir şi gördükdən sonra, çöldən evə gələrkən, xəstə ziyarətindən dönərkən əllərin təmizlik vasitələrindən istifadə edərək yuyulmasına xüsusi diqqət yetirmək lazımdır. Sağlam insanlar cəmiyyətə də sağlam vətəndaşlar bəxş etmiş olurlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi