2 muzeyə ekskursiya

Təbiəti qorumaq, onu mühafizə haqqında təbliğatı gücləndirmək, Azərbaycanın milli-mənəvi sərvətlərini məktəblilərə tanıtmaq, bu barədə onları maarifləndirmək məqsədilə 306 №-li məktəbin ibtidai sinif müəllimi Sevda Əyyubova- Kılıç rəhbərlik etdiyi 4a sinfinin şagirdləri üçün Bakıda, milli parkda yerləşən dünyanın ilk tanker muzeyi olan Suraxanı Gəmi muzeyi və Zooloji muzeyə ekskursiya təşkil etdi.
Zooloji muzeydə Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin müqəvva və eksponatları, muzey bələdçisinin bu eksponatlar haqqında verdiyi məlumatlar şagirdlərin marağına səbəb oldu.
Digər muzeydə də bələdçinin Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin tarixi və inkişafı, qəhrəman dənizçilərin rəşadətli əməyi, 5 min ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarında istifadə edilən avanlıqlar haqqında danışdıqları məktəbliləri sanki nağıllar aləminə apardı. Məktəblilər bu ekskursiyadan böyük təəssüratlarla qayıtdılar.