Ailə dəyərlərimiz

Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan isə 2008-ci ildən bu ənənəyə qoşulub. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə 306 №-li məktəbdə müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də məktəb psixoloqları tərəfindən X sinif şagirdləri ilə keçirilən maarifləndirici, diskussiya xarakterli görüş oldu. Tədbirdə əvvəlcə şagirdlərə bu mövzuda hazırlanmış anket paylandı, daha sonra onların yazdıqları fikirlər əsasında diskussiya aparıldı, ailə dəyərlərimizdən danışıldı. Sonda şagirdlərə  "Böyük dayaq" filmindən seçilmiş qısa fraqmentlər nümayiş olundu, onların filmdə öz əksini tapan ailə dəyərləri haqqındakı fikirləri müzakirə olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi