"Bullinqin əsiri olmayaq" mövzusunda tədbir

      Bu gün məktəbin IX və X sinif şagirdlərinin iştirakı ilə "Bullinqin əsiri olmayaq" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə həmçinin təlim- tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimləri iştirak etdilər.İlk olaraq məktəbin uşaq birliyi rəhbəri Səlimə Mustafayeva " Bullinq nədir? " və uşaqların məruz qaldığı bu davranış haqqında məlumatları şagirdlərin nəzərinə çatdırdı.Bullinqin formaları və mənfi təsirləri barədə ayrı-ayrılıqda açıqlama verdi.Sonra isə məktəbin psixoloqu Leyla Məsimli Bullinq davranışına qarşı mübarizə yollarını şagirdlərə ətraflı şəkildə izah etdi və onları bu cür hallara yol verməməyə çağırdı.Mövzuya aid videoçarx, slaydlar nümayiş olundu.Bu mövzu ətrafında aparılan informasiya tipli söhbət şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi