“18 sentyabr – Milli Musiqi Günü”

“18 sentyabr – Milli Musiqi Günü” münasibətilə məktəbimizdə VIII siniflərin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin irsi yad edildi, şagirdlər milli musiqi nümunələri ilə tanış oldular və dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının şah əsərlərindən olan “Koroğlu” operasını izlədilər.