15 sentyabr 2025-ci il tarixində məktəbimizdə Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi.

15 sentyabr 2025-ci il tarixində məktəbimizdə Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Məktəb rəhbərliyi çıxış edərək yeni tədris ili münasibətilə bütün kollektivi təbrik etdi, təhsilin əhəmiyyəti və qarşıdakı hədəflər haqqında danışdı.
Xüsusi olaraq məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdləri üçün səmimi və yadda qalan çıxışlar təşkil olundu. Onlar şeirlər söylədi, mahnılar ifa etdi və "ilk zəng" sədaları altında siniflərinə yola salındılar.
Yeni tədris ili hamı üçün böyük ümid və ruh yüksəkliyi ilə başladı.