HAQQIMIZDA

    301 nömrəli tam orta məktəb 1994-cü ildən Bakı Dəmiryolları Stansiyasının tabeliyində şəhid Seymur Məmmədovun adını daşıyan 6 saylı məktəb olaraq fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk illərdə məktəbdə tədris 1 korpusdan ibarət, üç növbəli şəkildə, 150 nəfər şagirdlə aparılmışdır. Bina ikinci dünya müharibəsindən sonra almanlar tərəfindən inşa edilmişdir. Məktəb 2001- ci ildən Təhsil Nazirliyinin balansına daxil edilmiş və Nazirliyin göstərişi ilə 2006-cı ildə yeni 3 mərtəbəli 24 sinif otağından ibarət korpus tikilmişdir. Bundan sonra məktəb indiki dövrədək 2 növbəli iş rejimi ilə fəaliyyətini davam etdirir. Məktəbdə ümumilikdə 32 sinif otağı və 3 fənn laboratoriyası vardır. Məktəbdə 2019-2020-ci tədris ilində sanitar qovşaqların yenilənməsi ilə əlaqədar cari təmir işləri aparılmışdır. Hazırda 944  nəfər şagird 38  sinifdə komplektləşdirilmişdir ( 1 fərdi,3 məktəbəhazırlıq).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi