Nailiyyətlərimiz

Məktəbin fəxriMəktəbin IXb sinif şagirdi Əliyev Ayxan Fərman oğlu 2010-cu ildən etibarən Karate idman növü ilə məşğul olur. Karate üzrə Dünya təşkilatının 16-20 dekabr 2016-cı ildə Azərbaycan Əl oyunları Sarayında keçirilmiş Dünya Kubokunda 30 kq çəki dərəcəsində I yerə layiq görüldüyü üçün diplom və medalla təltif edilib. 5 avqust 2017-ci il tarixində isə Azərbaycanda düzənləmiş Qara Kəmər imtahanında I yer qazandığı üçün İran İslam Respublikası tərəfindən I yerə layiq görülüb. 30 noyabr-4 dekabr 2017-ci il tarixində Bakıda keçirilmiş Karate üzrə Respublika çempionatında 30 kq çəki dərəcəsinda I yerə layiq görülüb. 5-7 oktyabr 2018-ci il tarixində isə Türkiyədə keçirilmiş Avropa çempionatında 40-45 kq çəki dərəcəsində I yerə layiq görülüb. Bu qələbənin ən qürur verici tərəfi isə bir erməni üzərində qazanmasıdır. Ayxan bu qələbəyə görə diplom, medal və sertifikatla mükafatlandırılıb. 08-10 fevral 2019-cu il tarixində İran İslam Respublikası Karate Federasiyası tərəfindən Tehranda keçirilmiş çempionatında I yerin sahibi olmuşdur. 04.05.2019-cu ildə isə Dünya Karate Federasiyası tərəfindən II xətt Qara Kəmərə layiq görülüb. Ayxana uğur arzu edir və uğurlarının davamlı olmasını diləyirik.

Nailiyyətimiz fəxrimizdirMəktəbin II və III sinif şagirdləri "Yeni Şəfəq" kursunun təşkil etdiyi Bayraq Günü və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Bilik yarışında iştirak etdilər. Yarışmanın nəticələrinə əsasən IIb sinif şagirdi Bağırzadə Nicat və IIIc sinif şagirdləri Fətəlizadə Badəm, Əlizadə Kamran, Ağazadə Səlahəddin yüksək bal topladıqlarına görə diplomla təltif olundular.

Məktəbin nailiyyəti   2019 - 2020 - ci  tədris  ilində  1a  sinif  şagirdləri  arasında  "Parlaq Zəka"  tədris  mərkəzində  təşkil  edilmiş  bilik  yarışı  imtahanında 1a  sinif  şagirdi  Abbasov  Yusif  iştirak edərək  müvəffəqiyyət  qazanmışdır. Abbasov Yusif  "Parlaq Zəka"  tədris  mərkəzində  keçirilmiş  bilik  yarışında  460 bal  topladığına  görə  III  yerə  layiq  görülüb   və  təltifnamə ilə  mükafatlandırılıb.

HAQQIMIZDA

    301 nömrəli tam orta məktəb 1994-cü ildən Bakı Dəmiryolları Stansiyasının tabeliyində şəhid Seymur Məmmədovun adını daşıyan 6 saylı məktəb olaraq fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk illərdə məktəbdə tədris 1 korp...

BİZİM FƏXRLƏRİMİZ

Nurlan Fətəliyev Ədalət

Pərvaz Fərəcov Şamxal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi