2025–2026-cı tədris ilinin ilk pedaqoji şurası keçirildi.

12 sentyabr 2025-ci il tarixində məktəbimizdə 2025–2026-cı tədris ilinin ilk pedaqoji şurası keçirildi. Şurada məktəb rəhbərliyi yeni tədris ilinin hədəfləri, ötən ilin nəticələri, müəllimlərin qarşısında duran əsas vəzifələr, tədris və tərbiyə prosesinin təşkili, eləcə də məktəbin akademik göstəriciləri və universitetə qəbul faizi ilə bağlı məlumat verdi.
Şura zamanı müəllimlərin geyim mədəniyyəti, dərsə davamiyyət, intizam, valideynlərlə əməkdaşlıq və innovativ tədris metodlarının tətbiqi kimi aktual məsələlər müzakirə olundu. Müəyyən tapşırıqlar verildi, təkliflər dinlənildi və yeni dərs ilinə hazırlıq vəziyyəti qiymətləndirildi.