Asudə vaxtın səmərəli təşkili

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin maliyyə dəstəyi ilə məktəb kollektivinin asudə vaxtlarının səmərəli təşkili və əmək fəaliyyətindən sonra mənəvi istirahətinin təmin olunması məqsədilə 28.06.2025-ci il tarixində Azərbaycanın səfalı bölgələrindən biri olan Quba rayonuna bir günlük gəzinti təşkil edilmişdir. Gəzinti müddətində müəllimlər təbiətin gözəlliklərindən zövq almış, bir-biriləri ilə daha yaxın ünsiyyət quraraq kollektiv ruhunu gücləndirmişlər. Belə tədbirlər müəllimlərin sosial rifahının yüksəldilməsində, kollektivdə müsbət mühitin formalaşmasında mühüm rol oynayır.