Məktəbimizin fəxrləri

Məktəbimizin bu ilki məzunları əldə etdikləri yüksək nəticələrlə həm valideynlərin, həm də pedaqoji kollektivimizin qürur mənbəyinə çevriliblər.
Xüsusilə qeyd etmək istərdik ki, məzunlarımızdan biri 670 bal toplayaraq Azərbaycan Tibb Universitetinə, digəri isə 660 bal toplayaraq ADA Universitetinə qəbul olunmuşdur. Bu uğurlar onların zəhmətinin, müəllimlərimizin fədakar əməyinin və məktəbimizin təhsil keyfiyyətinin bariz göstəricisidir.
Bu nəticələr göstərir ki, məktəbimiz yalnız bilik verən deyil, həm də yüksək məqsədlərə aparan möhkəm təməl yaradan bir təhsil ocağıdır.
Məzunlarımızla fəxr edirik və onlara gələcək təhsil həyatlarında daha böyük uğurlar arzulayırıqş