Pedaqoji iclas

17.06.2025-ci il tarixdə Pedaqoji Şuranın növbəti 5 nömrəli iclası keçirilmişdir. İclası məktəbin direktoru Mehriban Poladova giriş sözü ilə açmış, 2024-2025-ci il tədris ili üzrə görülən işlər, keçirilən tədbirlər, təlim-tərbiyə prosesi və nailiyyətlər barədə geniş illik hesabat təqdimatı etmişdir. İştirakçılar tərəfindən hesabat ümumilikdə qənaətbəxş qiymətləndirildi.
Sonra IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri təhlil edildi. Uğur faizi, yüksək nəticə göstərən və zəif nəticə verən fənlər müzakirə olundu. Təkmilləşdirilməli istiqamətlər müəyyən edildi. Müəyyən olundu ki, bəzi şagirdlərdə nəticələr aşağı olub və bu istiqamətdə əlavə tədbirlər planlaşdırılmalıdır.
Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Rəşad Abdullayev,uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayeva çıxış edərək, öz sahələri üzrə illik fəaliyyətləri barədə məlumat verdilər. Tədris, tərbiyə, metodik işlər və valideynlərlə əməkdaşlıq mövzularında görülən işlər şərh edilmiş, məktəb kitabxanasının müdiri Elnurə İsmayılovanın, UBTR- Sevinc Muxtarovanın və məktəbin psixoloqu Vüsalə Qarayevanın illik hesabatları dinlənilmişdir.
İclasın sonunda çalışmanın yaş həddinə çatmış müəllimlərimizin məktəb rəhbərliyi tərəfindən pedaqoji fəaliyyətləri dəyərləndirilmiş, müəllimlər tərəfindən ürək sözləri deyilərək, onlar alqış və gül dəstələri ilə yola salınmışlar.