Məzunlarımıza attestatlar təqdim olundu

20.06.2025-ci il tarixində məktəbimizdə 2024-2025-ci tədris ilini başa vuran XI sinif məzunlarına Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş orta təhsil haqqında attestatlar təqdim edildi. Qeyd etmək lazımdır ki,2024-2025-ci il tədris ilində Azərbaycan bölməsi üzrə 32 nəfər, Rus bölməsi üzrə 18 nəfər şagirdimiz məktəbi uğurla başa vurmuşdur. Məzunlarımızın hər birini təbrik edir və onlara gələcək seçimlərində də uğurlar arzulayırıq!