Son Zəng

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil müəssisələrində "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimatı və Məktəbin Fəaliyyət Planına uyğun olaraq 14.06.2025-ci il tarixində məktəbin həyətyanı sahəsində pedaqoji heyətin,valideynlərin və şagirdlərin iştirakı ilə ənənəvi Son zəng tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimiz uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsinin anılması ilə davam etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Poladova bu il 11-ci siniflərdən 50 nəfər şagirdin məzun olduğunu və 3 nəfər şagirdin qırmızı attestatla məktəbi bitirdiyini xüsusilə vurğulamış, bütün məzunlarımıza bundan sonrakı illərində də bol-bol nailiyyətlər və soraqlarının Azərbaycanın və dünyanın ən nüfuzlu Ali təhsil ocaqlarından gəlməyini arzu etmişdir.
Daha sonra tədbirin rəsmi hissəsi məktəbin 1-ci sinif şagirdlərinin "Məktəb yolları" şeir kompazisiyası ilə yekunlaşmışdır. Bədii hissə isə 11-ci sinif məzunlarının milli üslubda qurulmuş rəqsləri ilə yadda qalmış və "Son zəng" tədbiri şagirdlərin təşkil etdiyi "Azərbaycan" və "Cəngi" Kompazisiyaları ilə sonlanmışdır.