“Vətənə Ehtiram” Aksiyasına 7B sinfidə qoşuldu

Məktəbimizdə şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların fədakarlığını gələcək nəsillərə ötürmək məqsədilə “Vətənə Ehtiram” aksiyası davam edir. Aksiya çərçivəsində şagirdlərimiz yaxınlıqda yerləşən şəhid abidələrini ziyarət edərək, təmizlik işləri aparır və abidələrin üzərinə güllər düzürlər. Aksiyanın əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, tarixə və milli dəyərlərə hörmət aşılamaqdır.

Bu aksiya gənc nəslin vətənə olan bağlılığını gücləndirməklə yanaşı, onlarda milli qürur hissini, tarixi yaddaşı və qəhrəmanlara ehtiramı artırır. Şagirdlər abidələrin təmizlənməsi və abadlaşdırılmasında iştirak edərkən, şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlığı dərindən hiss edərək, onların ruhuna ehtiram göstərirlər. Bu, onlarda məsuliyyət hissini artırmaqla bərabər, vətən sevgisini də gücləndirir.

 “Vətənə Ehtiram” aksiyası milli birlik və həmrəylik ruhunu gücləndirməyə xidmət edir. Bu aksiya çərçivəsində şəhidlərimizin əziz xatirəsi yad edilərək gələcək nəsillərə vətən sevgisi və qəhrəmanlıq ruhu aşılanır. Həm məktəbli şagirdlər, həm də cəmiyyət üzvləri şəhidlərimizin qəhrəmanlığını ehtiramla yad edirlər.

Günay Quliyevanın rəhbərlik etdiyi 7B sinfi şəhid Paşayev Samirin abidəsini ziyarət edərək təmizlik işləri aparıb və abidə önünə güllər düzüdü.Çagirdlər şəhidin valideynləri ilə xatirə şəkilləri çəkdirdilər .Növbəti günlərdə digər siniflər də aksiya çərçivəsində məktəbimizin ərazisinə yaxın olan digər şəhidlərin abidələrini ziyarət edəcək və bu fəaliyyətlər Zəfər Gününə qədər davam etdiriləcək. Bu aksiyalar şəhidlərimizin ruhuna dərin ehtiramın ifadəsidir və onların xatirəsini yaşatmağın bir nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi