Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümünə həsr olunmuş "Tikdim ki, izim qala" adlı dəyirmi masa təşkil edildi

20 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümünə həsr olunmuş müvafiq tədbirlər planına əsasən məktəbin tarix müəllimi Qurbanova Nuriyyə 6b sinif şagirdləri ilə birlikdə Naxçıvan tarixi abidələrinə və memarlığına həsr olunmuş "Tikdim ki, izim qala" adlı dəyirmi masa təşkil etdi.

"Qədim Naxçıvan abidələri" adlı videoçarx izlənildikdən sonra, şagirdlər mövzu ilə bağlı öz təqdimatlarını etdilər. Təqdimatlar da Naxçıvan memarlığının dövrləri, ona xas xüsusiyyətlər, ərazidə yerləşən qədim tarixi abidələr, müsəlman intibahı dövründə Naxçıvanda memarlıq məktəbinin əsasını qoymuş "Mühəndislər şeyxi" Əcəmi Əbubəkr oğlunun abidələri, müalicəvi əhəmiyyətə malik Duzdağ mağarası, Əshabi-Kəhf mağarası, Əlincə qalası, Oğlanqala, Qarababa türbəsi, Gülüstan türbəsi, Nuh Peyğəmbər türbəsi, Möminə Xatun türbəsi və s. öz əksini tapdı. Şagirdlər Google Map proqramı ilə dövrümüzə qədər gəlib çıxmış abidələrin yerlərini müəyyənləşdirdilər. İnsanın yaratdığı abidələr, yaşayış yerləri, zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Müzakirələrin sonunda bu nəticəyə gəlindi ki, tariximizin qan yaddaşı olan abidələrimizi qorumaq hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi