Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümünə həsr olunmuş "Naxçıvanın tarixi və qədim memarlıq inciləri" adlı dəyirmi masa təşkil edildi
20 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümünə həsr olunmuş müvafiq tədbirlər planına əsasən məktəbin tarix müəllimi Yeganə Heydərova rəhbəri olduğu dərnəyin nəzdində "Naxçıvanın tarixi və qədim memarlıq inciləri" adlı dəyirmi masa təşkil etdi.
Dəyirmi masada Naxçıvanın tarixini əks etdirən videoçarx nümayiş olundu.
Daha sonra şagirdlər Naxçıvanın qədim abidələrinə aid hazırladıqları təqdimatlarla çıxış etdilər. Müəllim çıxışlardan sonra şagirdlərin təqdimatlarında qeyd olunmayan abidələr haqqında videoçarx nümayiş etdirdi.
Görüşdə maraqlı fikirlər müzakirə edildi. Bundan əlavə şagirdlərin əl işləri olan maketlər nümayiş etdirildi, divar qəzeti hazırlandı.Ən əsası isə odur ki, şagirdlərin nitqində Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğu və quru yolla birləşdiriləcəyinə güclü inam hiss olunurdu.
Sonda səslənən fikir isə belə oldu: Necə ki, bir zamanlar işğal altında olan torpaqlara gedəcəyimizi ancaq xəyal edirdik, indi isə gerçəkdir. Çox qısa zamanda Naxçıvana da öz ərazimizdən quru yolla rahat gedəcəyik.