Tarix müəllimi Qurbanova Nuriyyə "Gənc tarixçilər" dərnəyinin üzvləri ve 8b sinif şagirdləri ilə birlikdə Heydər Əliyev mərkəzində olub

10.12.2024-cü il tarixində məktəbin tarix müəllimi Qurbanova Nuriyyə "Gənc tarixçilər" dərnəyinin üzvləri ve 8b sinif şagirdləri ilə birlikdə Heydər Əliyev mərkəzində olub, Ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Mərkəz Ümummilli liderin xatirəsini əbədiləşdirmək məqsədilə məşhur Iraqlı memar Zaha Hadidin layihəsi əsasinda tikilmişdir.

Heydər Əliyev ömrünün illəri Azərbaycana həsr olunan, dövləti naminə yaşayıb-yaradan, ürəyi xalqının ürəyi ile bir vuran insan ömrüdür. Azərbaycanın ən mürəkkəb dövründə dövlətə rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürmüş Ümummilli lider idarəçilik və quruculuq işlərini şərəflə yerinə yetirməklə xalqımızın tarixində silinməz izlər qoymuşdur.Mərkəzin mərtəbələrini gəzdikcə, sərgilənən materialları ilə tanış olduqca bu böyük İnsanın həyatı, dövlət və xalqımız üçün gördüyü işlər göz önünde canlanir. Ulu öndərin həyatını və fəaliyyətini əks etdirən materiallar, şəxsi əşyaları, dövlət xadimləri tərəfindən ona bağışlanan hədiyyələr, təltif olunduğu mükafatlar, digər dövlətlərin başçıları ilə olan fotoşəkillər və onun xidməti maşınları uşaqların böyük marağına səbəb oldu. Dahi rəhbərə həsr olunmuş videoçarxa baxdıqdan sonra, dərnək üzvləri kiçik təqdimatlar etdilər.Ulu öndərə həsr olunmuş dərsimiz böyük maraqla keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi