Məzunlara attestatlar verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.
5.07.2024 - cü il tarixində məktəbimizi bitirən 11 - ci sinif şagirdlərinə də attestatlar təqdim olunub.
Qeyd edək ki , attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.Eyni zamanda attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib.Məktəbimizdə bu tədris ilində 3 11 - ci sinif olub. Bunlar ikisi adi ,bir sinif isə texniki - təbiət təmayül istiqamətində olan 11 a , 11 b və 11 c sinifləridir . Ümumilikdə məktəbi 62 XI sinif şagirdi bitirib ki , bunlardan üçü fərqlənmə atestatı alıb . Bu gün 59 XI sinif şagirdinə Tam Orta Təhsil Haqqında Attestatlar təqdim olunub.
Məzunlarımıza uğurlar arzulayırıq !