11 a sinifindən örnək addım

11 a sinfinin şagirdləri Son zəng günü rəsmi hissə bitəndən sonra ibtidai sinif müəllimləri Şəfəq Rəsulova ilə birlikdə 2018-ci ildə dünyasını dəyişmiş Məmişzadə Nurayın məzarını ziyarət ediblər. Onun məzarı üstünə güllər qoyub və boş Məzun lentinə öz adlarını yazaraq Nurayı unutmadıqlarını göstəriblər.

Eyni zamanda onlar tədbir başlamamışdan əvvəl sinifdə də Nurayı xatırlayıblar.1 dəqiqəlik süküt elan edərək sinif yoldaşlarının ruhunu şad ediblər.

5-ci sinifdə amansız xəstəlikdən xilas ola bilməyən Nuraya biz də "Allah rəhmət etsin" deyirik.

Qeyd etmək istəyirik ki, Nuray nümunəvi və əlaçı şagird olub.

Allah rəhmət etsin. Nur içində yat gözəl bala.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi