“Son Zəng” tədbiri keçirilib

Tədbirə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xatirə Hacıyeva məzunları təbrik edib, 2023-2024-ci tədris ilində əldə olunan uğurlardan danışıb,fərqlənən müəllim,şagird və məktəbin ictimai həyatında xüsusi fəallıq göstərən valideynləri Fəxri Fərmanla təltif edib.
Tədbirdə məktəbin fəxri məzunlarından olan Azərbaycan Respublikası Təhsil İnstitutu, Məktəbəqədər Təhsilin İnkişafı Şöbəsinin müdiri,Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent,əməkdar müəllim Laləzar Cəfərova və müğənni Telman Budaqov iştirak edib.
Tədbir məktəb məzunlarının milli-mənəvi dəyərlərə uyğun hazırladığı maraqlı çıxışlarla davam edib.
Sonda, ənənəvi olaraq "Bilik açarı" onbirinci sinif şagirdləri tərəfindən onuncu sinif şagirdlərinə təqdim olunub və "Son zəng" çalınıb.https://fb.watch/sPtqMDL63E/ https://fb.watch/sPtsIPdYvy/ https://fb.watch/sPttQvvAKO/ https://fb.watch/sPtw9gX3rs/