Şagirdlərimiz kyokuşinkay karate üzrə şimal açıq turnirində qalib olublar

Məktəbin 4c sinif şagirdi Həsənli Pərviz, 3a sinif şagirdi Məmmədova Zərrubə və 2c sinif şagirdi Məmmədova Ruqayyə Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş KWU-WFKF Birliyinin kyokuşinkay karate üzrə şimal açıq turnirində iştirak ediblər və qalib olublar. Belə ki, həmin turnirdə Pərviz 8-9 yaş aralığı, 35 kq çəki dərəcəsində 2-ci, Zərrubə 10-11 yaş aralığı 40 kq çəki dərəcəsində 2-ci, Ruqayyə isə 6-7 yaş aralığı 30 kq çəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür.